BİZ TURİZİMÇİLƏR İNSANLARA XƏYAL SATIRIQ

BİZ TURİZİMÇİLƏR İNSANLARA XƏYAL SATIRIQ

Xəyal qurmaq çox gözəl hissdir və xəyyallarının gerçəkləşə bilən olması daha gözəldir. İnsanların böyük bir qismi hər il ən azından 1 dəfə də olsun tətilə çıxmaq xəyalını qurur. Kimisi xaricə, kimisi rayonların birinə yollanır. Gözəl tətil xəyalı ilə yaşayan insanların bir çoxu da otellərə üz tutur. Biz otelçilər olaraq da onların xəyallarını ən gözəl şəkildə gerçəkləşdirməkdan ötrü əlimizdən gələni edirik. Günün sonunda onları gülərüz, xoşbəxt gördükdə biz də xoşbəxt oluruq..

Paylaşdığımız şəkillərdə bir xəyalın şəklini çəkirik əslində qonaqların beyninə

Bir neçə ildir ki, Azərbaycan turizmində canlanmanı hərkəs hiss edir. Otellərin, restoranların sayı getdikcə artmağa başlayır. Bu əlbətdəki rəqabətə də təsir edir. Rəqabətin olması da təbii ki, keyfiyyətin yaxşılaşmasına gətirib çıxarır. Hazırkı dövürdə turistlərin seçici olması və hər bir detala fikir verməsi otellər arasında rəqabətdə daha kreativ fikirlər tətbiq etməyə ehtiyac yaradır. Bu səbəbdən də reklam çarxlarımızda, sosial şəbəkələrdə paylaşdığımız reklam xarakterli şəkillərdə bir xəyalın şəklini çəkirik əslində qonağın beyninə. “Əgər bizi seçsəniz indiyə qədər heç yerdə görmədiyiniz yerləri görəcək, heç yerdə qalmağınız otaqlarda gecələyəcək, heç yerdə dadmadığınız yeməkləri dadacaq, bir sözlə heç yaşamadığınız bir təcrübəni yaşayacaqsınız bizimlə”. Qonaqlar arzuladığı keyfiyyəti görmədikdə isə xəyalları alt üst olmaqla bərbər pulları da itir, zamanları da. Ölkə haqqında təəsüratları da mənfi olur. Otel isə bundan həm etibarını, həm müştərisini həm də pul itirir.

Davamlı məmnuniyyəti qorumaq lazımdır!

Otel idarəçiliyində davamlılığı əsas alan siyasət həyata keçirilmək çox önəmlidir. Əgər hər il xaricdən bir otelə eyni qonaq gəlirsə və yaxınlarına da bu oteli tövsiyə edirlərsə demək ki, bu zaman otellərimizdə xidmətdən, keyfiyyətdən və müştəri məmnuniyyətindən söhbət edə bilərik. Otel kimi bir çox xidmət sektorunda məmnuniyyəti davamlı qoruya bilmək çox böyük uğurdur. Bu gün dünyada xidmətin keyfiyyətinin, müştəri məmnuniyyətinin və tövsiyə xarakterli yönləndirmələrin böyük əhəmiyyəti var. Ağız reklamı hələ də ən güclü Marketinq üsuludur və günümüzdə müştəri cəlb etmək üçün ən effektiv yoldur.

Bizim işimiz komanda işidir!

Otelçi olaraq onu deyə bilərəm ki, bizim işimiz komanda işidir. Çünki müştərinin hər hansı bir iradı departmanından aslı olmayaq ümumi işimizə təsir edir.  Bir müştərinin məmnuniyyəti bəzən yeməyindən çıxan 1 tük və ya duş alarkən suyunun gəlməməsi və s. kimi hadisələrlə yerlə bir ola bilir. Mən oteli bir gəmiyə bənzədirəm. Gəmidə yaranan hər hansı bir deşik gəminin su almasına və batmasına səbəb ola bildiyi kimi oteldə də yaranan ən xırda problem otelin marka dəyərinin düşməsinə və hətta nəticədə bağlanmasına səbəb ola bilər. Ona görə xidmət sektoru son dərəcə məsuliyyət tələb edən sektortur. Bu sektor eyni zamanda işini sevən, məsuliyyətli və vijdanlı olmağı tələb edir. Otelçilikdə çalışan personalda bu üç göstəricinin olması çox önəmlidir. Bunu bir misal ilə izah edim. Bir neçə il bundan öncə Amerikanın tanınmış yazıçı və sahibkarlarından biri olan Peter Shankman Dubaydakı The Ritz-Carlton otelində yaşadığı bir epizotu sosial çəbəkə hesabında paylaşmışdı. Peter gecə gec saatlarda otelə qayıdanda görür ki, otağında bitmesinə az qalmış özünə aid şəxsi diş pastası yenisi ilə əvəz olunub. Diş pastasının qurtaracağını görən xadiməçi qonaq üçün otelin deyil də qonağın stifadə etdiyi yeni bir pasta almşdı. Bu paylaşım sosial şəbəkədə böyük səs-küyə səbəb olmuşdu və bu paylaşımdan sonra bu otelə olan rezervlərin sayında ciddi artış baş vermişdi. Sözümün canı odur ki, bəzən otel personalının ən incə hərəkəti o oteldəki xidmətin, keyfiyyətin necə olduğunu ən yaxşı şəkildə sərgiləyir. O pastanın dəyəri bəlkədə 1-2 man olar amma otel brendinə verdiyi dəyər çox böyükdür.

Biz həm də işimizlə ölkəmizi də təmsil edirik!

Təbii ki, hər bir biznes pul qazanmaq məqsədli qurulur. Hal-hazıda Otel sektorunun ən böyük sıxıntısı da bu işi yalnızca pul qazanmaq məqsədi ilə görmək istəyənlərdir. Əlində pulu olan hərkəs otel tikmək və ən qısa zamanda qoyduğu pulu götürmək haqqında düşünür. Məsələ təkcə pul qazanmaq olmamalıdır Dostlar. Məsələ bu işə yatırım edərkən bu sahəni sevəni, peşəkarlarını bu işin başında qoymaq və bu sektora deyer qata bilməkdir. Çünki biz həm də işimizlə ölkəmizi də təmsil edirik. Hər gün müxtəlif ölkələrdən insanlarla görüşür və ölkəmiz haqqında ilk təssüratı biz onlarda yaradırıq. Bugun ölkəmizə gələn turistlərə müştəri gözü ilə deyil, qonaq gözü ilə baxmalı və onların yaddaşlarında xəyal ettiklərindən da yaxşı iz buraxmalıyıq.

(c)Tahir Məmmədov

Share:

Leave a Comment

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *