XALAT SEÇƏRKƏN NƏLƏRƏ DİQQƏT EDƏK?

XALAT SEÇƏRKƏN NƏLƏRƏ DİQQƏT EDƏK?

Pambıq – nəmi üzərinə daha sürətli hopdurma xüsusiyyətinə malikdir. Lakin bu parçanın müxtəlif tərkibi vardır.
Xalat seçərkən ilk öncə parçanın tərkibinə diqqət etmək lazımdır. Bəzi hallarda pambıq parçasının xüsusiyyətlərini və tərkibini daha da yaxşılaşdırmaq üçün istehsal zamanı bambuk və sintetik liflər əlavə edilir. Beləliklə pambıq xalatlar iki kateqoriyaya bölünür: klassik(💯% pambıq tərkibli) və qarışıq(əlavə lif qatqılı). » Hər birində keyfiyyətli pambıq xalat üçün gərəkli xüsusiyyətlər var. Fəqət bəzi insanların seçimi 💯% pambıq tərkibli, lakin sərt olan xalatdır, bəzilərinin isə seçimi daha yumşaq xalatdır. Bu səbəbdən istehsalçılar pambıq parçasını “yumşaldırlar”. »
🔵Bambuk – antikbakterial xüsusiyyətlidir. Ən əsası isə nəmi üzərinə yaxşı hopdurur. Bambuk tərkibli xalatlar ipək kimi bədən üçün xoş təəssüratlıdır.
🔵Sintetik (akril və ya polyester qatqısı) – xalatda yumşaqlıq xüsusiyyətini artıran liflərdir. Hətta qarışıq tərkibli xalatlar 100% pambıq tərkibli xalatdan daha yumşaq və yüngüldürlər. Qarışıq parçalı xalatların görünüşü isə nisbətən uzunmüddətli olur.
📌Keyfiyyətli ağ pambıq xalat bir çalarlı rəngdə olmalıdır. Xalatın iç və çöl hissəsinin rənglərini müqayisə edin, əgər heç olmazsa bir çalar fərqi varsa, demək ki, xalat istehsal zamanı pis rənglənib və ya yuyulduqda keyfiyyətini azda olsa itirəcək.
Hesab edilir ki, yaxşı ağ xalatın rəng çaları açıq sarımtıldır.

 

Share:

Leave a Comment

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *