TURİSTLƏR HAMAM OTAĞININ TƏMİZLİYİNƏ DİQQƏT EDİR

TURİSTLƏR HAMAM OTAĞININ TƏMİZLİYİNƏ DİQQƏT EDİR

Hamam otağı təmiz olmalıdır. Əks halda qonaqların şikayəti ola bilər. Bu gün demək olar ki, bütün turistlər otel otağını bron etməzdən öncə, oteldə qalmış turistlərin rəylərini oxuyurlar. Nəticədə mənfi rəylər mehmanxana biznesinə və otaqlarının satışına ciddi təsir göstərə bilər.

Otel otağının bron edilməsinə təsir göstərən əsas cəhətlərdən biri də məhz hamam otağının təmiz və geniş olmasıdır.  Araşdırmaralara əsasən turistlərin 91%-i hamam otağı haqqında mənfi rəy aldıqları oteldən imtina etməyi seçirlər.

Hamam otaqlarının mənfi qiymətləndirməsi müsbət rəylərdən 2 dəfə daha çoxdur. TrustYou şirkətinin araşdırmasına görə qonaqlar ən çox hamam otağının təmizliyinə və ləvazimatlarına diqqət edirlər.

Otaqların rahat və geniş olması qonaqlara yalnız rahatlıq hissi bəxş etməyəcək, həm də otel haqqında  müsbət təəssüratlar yaradacaq. Otelinizin hamam otaqlarında problem varsa, mümkün qədər tez həll etməyə çalışın ki, müsbət fikirlər çoxalsın.

Müsbət rəylər olduqca əhəmiyyətli meyardır.  Oteldə yaranan bütün problemlər və şikayətlər vaxtında aşkarlanmalı və həll edilməlidir. Aşağıda turistlərin imtinasına tez-tez səbəb olan məqamlara diqqət edək.

Xoşagəlməz qoxu

Hamam otaqlarında xoşagəlməz bir qoxunun olması ciddi problemlərdən biridir. Turistlərin 69%-i keçmiş qonaqların bu şikayətinə əhəmiyyət verib, brondan imtina edirlər.Bu problemin ən yaxşı həlli hamam otağında gündəlik təmizliyin aparılmasıdır.

Hamam ləvazimatlarının olmaması

Hamam otağında gigiyenik və tekstil ləvazimatların olmamasından daha pis şikayət ola bilməz! Gigiyenik ləvazimatların keyfiyyətli olması, qonağa fərdi yanaşmanın göstəricidir. Tualet kağızı, sabun və digər gigiyenik ləvazimatlar hər gün yənilənməlidir. Hər bir qonaq bütün ləvazimatları gün ərzində əldə edə biləcək imkana malik olmalıdır.

Gündəlik təmizlik

Mütəmadi yoxlama və gündəlik təmizlik – qonaqları məmnun etmənin ən effektiv yoludur. Çirkli hamam otağı, otel və ya otel mətbəxi haqqında da eyni təəssüratı yarada bilər. Qeyd etdiyimiz kimi, təmiz və ləvazimatlarla təmin edilmiş hamam otağı mənfi rəylərin və şikayətlərin yaranma riskini azaldır və qonaqların təkrar yerləşmə ehtimalını yüksəldir.

Hamam otaqlarının təmizliyini etinasız yanaşsanız, otelin etibarını itirmiş ola bilərsiniz. Təəssüf ki, bir çox otellər bu məqama diqqət etmir. Turistlərin səyahət yorğunluğundan sonra təmiz otaqla və bütün lazım olan ləvazimatlarla təmin edilməsi, onlara göstərilən qayğının və diqqətin göstəricisi olar.

 

 

Share:

Leave a Comment

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *