Billur MS

Azərbaycan Turizm Forumu

 20 sentyabr 2018-ci il tarixində baş tutan Azərbaycan Turizm Forumu bir-birindən fərqli peşəkar turizmçilərin bir araya gəlməsinə və səmərəli bir gün keçirmələrinə səbəb olub. Forumda həm yerli mütəxəssislər, həm Türkiyə kimi böyük turizm imkanları olan ölkədən gələn mütəxəssislər spiker kimi çıxış edib.

 HoReCa sahəsinə xidmət göstərən «BİLLUR MS» MMC Azərbaycan Turizm Forumunun rəsmi sponsoru olaraq tədbirin ərsəyə gəlməsində öz dəstəyini göstərmişdir.

«BİLLUR MS» MMC Azərbaycan Turizm Forumunun rəsmi sponsoru oldu.

 Bu kimi tədbirlər milli turizmin ən yaxşı nümunələrini ortaya qoyaraq, Azərbaycanda turizmin inkişafına öz töhvəsini verir. Forum Azərbaycanda bu istiqamətdə yaradılmış ilk və yeganə platformadır ki, burada turizm sənayesinin mütəxəssisləri möhkəm əlaqələr yaradaraq yeniliklərə açıq olurlar və nəticədə gözəl işlər ərsəyə gətirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir