Mehmanxanaların təsnif edilməsinin uzun və mürəkkəb tarixi var. Hamıya bəllidir ki, təsnifat mehmanxananın xidmət bazarında mövqeyini, onun təklif etdiyi xidmətlərin çeşidini və keyfiyyətini müəyyən edir, potensial müştərilər üçün seçim imkanları yaradır və müəsissənin onlara loyallığını nümaiş edir.
Hələ 1952-ci ildə ÜTT-nin (Ümümdünya Turizm Təşkilatı) sələfi olan IUOTO (International Union of Official Travel Organization) Rəsmi Turizm Təşkilatlarının Beynəlxalq İttifaqı mehmanxanaların vahid təsnifat sistemi olan Hotel Trade Charter adlı sənədi qəbul etmişdir. 1971-ci ildə isə əldə edilmş sazişə əsasən hər bir ölkə milli təsnifat sisteminin düzgün tətbiqi və fəaliyyətini təmin etmək məqsədilə yerli və beynəlxalq peşəkar mehmanxana assosiasiyaları ilə sıx əməkdaşlıq əsasında qurulmalıdırlar. 1975-ci ildə ÜTT-nın yaranması ilə əlaqədar bütün keçmiş sənədlər və tövsiyyələr formal olaraq rəsmi qəbul edilmişdir.
Ümümdünya Turizm Təşkilatının səylərinə baxmayaraq dünyada vahid təsnifat sistemi tətbiq edilmir. Hər bir ölkə özünəməxsus milli təsnifat sistemi yaradır yalnız ÜTT-nin və digər beynəxalq təşkilatların bu sahədə tətbiq edilən tövsiyə xarakterli sənədlərinə istinad edilir.
Azərbaycan Turizm Bürosu (ATB) Azərbaycan Hotel Assosiasiyası (AHA) ilə birlikdə Azərbaycan otel sənayesinin beynəlxalq rəqabət qabiliyyətini artırmaq və qorumaq üçün şəffaf monitorinq sistemi olan Milli Ulduz Təsnifat standartlarını təsis edib.
Milli Ulduz Təsnifatı hotel və yerləşdirmə müəssisələrinə özlərini düzgün şəkildə təqdim etməyə və bununla da satış inkişafını stimullaşdırmağa imkan verir. Bütün qonaqlar, əsasən müstəqil hotellər olmaqla, bütün yerləşdirmə müəssisələrində keyfiyyəti təmin edən etibarlı meyarlar tələb edir və otel seçimi edərkən bu amili nəzərə alır.
AHA-nın Milli Ulduz Təsnifatı ilə otellər əhəmiyyətli rəqabət üstünlüyü əldə edir və eləcə də qonaqlara Avropa səviyyəsində də tətbiq olunan və müəyyən edilmiş standartları təqdim edir. Eyni zamanda hotellər AHA, Azərbaycan Turizm Bürosu və Avropa Ulduz Təsnifatı Birliyinin marketinq və ictimaiyyətlə əlaqələr fəaliyyətindən də faydalanırlar (Avropa daxilində artıq 17 ölkə vahid standartlardan istifadə edərək təsnif olunur).
Milli Ulduz Təsnifatı meyarları haqqında qısa məlumatı qeyd edirik:
1* mehmanxanaların təsnifatı meyarları:
- Otaqlarda duş / WC və ya hamam / WC olması
- Gündəlik təmizlik xidməti
- TV və ona aid xidmətlər
- Stol və stul
- Sabun və ya bədən geli
- Hamam dəsmalları
- Qəbul xidməti
- Səhər yeməyi
- Mehmanxanada içki təklifi
- Depozit imkanı
2* mehmanxanaların təsnifatı meyarları:
- Səhər yeməyi – bufet
- Yatağın yanında oxuma lampası (“reading light”)
- Otaqda və ya ümumi ərazidə İnternetin olması
- Nağdsız ödəniş
- Bədən geli və ya duş geli
- Kətan rəflər
- Sanitariya məhsulları təklifi (məsələn, diş fırçası, diş məcunu, təraş dəsti və s.)
- Ümumi ərazidə Wi-Fi bağlantısı
3* mehmanxanaların ulduz təsnifatı meyarları:
- 10 saat ənənəvi idarə edilən qəbul xidməti, 24 saat isə rəqəmsal rabitə və ya telefon vasitəsilə kommunikasiya
- Qəbul xidmətində salon dəsti, tələbə əsasən yük daşıma xidməti
- Otaqda içki təklifi
- İstismar təlimatlar daxil olmaqla daxili və xarici rabitə üçün tələb olunan cihaz
- Saç qurutma avadanlığı (fen) , təmizləyici kağız
- Ayna, baqajı / çamadanı qoymaq üçün uyğun yer və ya rəf
- Tikiş dəsti, ayaqqabı cilası, paltaryuyan və ütü xidməti
- Tələbə görə əlavə yastıq və yorğan
- Şikayətin idarəedilməsi mexanizmi
4* Mehmanxanaların ulduz təsnifatı meyarları:
- 16 saat ənənəvi idarə edilən qəbul xidməti, 24 saat isə rəqəmsal rabitə və ya telefon vasitəsilə kommunikasiya
- Oturacaqlı və içki təklifi xidməti olan lobbi
- Səhər yeməyi – bufet və ya səhər yeməyi – menyu kart otaq xidməti vasitəsilə
- Minibar və ya maxibar, otaq xidməti vasitəsi ilə 16 saatlıq içki təklifi
- Yan masa / rəf ilə rahat oturacaqlar (yumşaq kreslo / taxt)
- Tələbə görə hamam xalatı və tərlik
- Kosmetik məhsullar (məsələn, duş bonesi, dırnaq yeyəsi, pambıq çubuqlar)
- Hamam otağında böyük miqyaslı makiyaj aynası
5* Mehmanxanaların ulduz təsnifatı meyarları:
- 24 saat ənənəvi idarə edilən qəbul xidməti və 24 saat rəqəmsal rabitə və ya telefon vasitəsilə kommunikasiya
- Konsyerj, servis xidməti
- Qonaqların otaqda fərdi qarşılanması üçün çiçəklər və ya hədiyyə
- 24 saat ərzində otaq xidməti vasitəsilə minibar və yemək və içki təklifi
- Flakonlarda fərdi qulluq məhsulları
- Tələbə görə otaqda İnternet-PC olması
- Otaqda təhlükəsizlik
- Ütü xidməti (istifadə müddəti 1 saat), ayaqqabı təmizliyi xidməti
- Axşam yataq hazırlığı xidməti
- Otaq xidməti səhər yeməyi menyusu
Lakin qeyd etmək istəyirik ki, dünyada uzun illərdir gedən qloballaşma prosesi vahid standartların yaranması üçün zəmin yaratsa da bu mümkün deyil. Ona görə ki, hər bir ölkənin, xalqın öz xüsusiyyətləri var. Qonaqpərvərliyi bir çərçivəyə salmaq olmur. Qonaqpərvərliyin gözəlliyi, cəlbedici olması da məhz onun formaca müxtəlifliyindədir.
Mənbə olaraq Hotel Stars Union rəsmi veb-saytına istinad edilib : https://www.hotelstars.eu/criteria/