Billur MS

Otel ləvazimatları ilk harada istifadə edilib?

Otelin xidmət səviyyəsini qiymətləndirmək üçün vacib meyarlardan biri də məhz hamam otağında yerləşən zəruri gigiyena məhsullarıdır. Qlobal otel şəbəkələri bu faktı bilməklə hamamın kosmetik və əlavə ləvazimatlar ilə təmin edilməsinə böyük əhəmiyyət verirlər. Qeyd edək ki, dünyanın aparıcı otel şəbəkələri bu ləvazimatların təminatına ayda yüz minlərlə dollar xərcləyirlər.

 Öncələr hamam otaqları ümumi idi və insanlar ancaq sıraya duraraq öz növbələri çatdıqda hamam otağından istifadə edirdilər. Baxmayaraq ki, əvvəllər otellərin təklif etdiyi xidmətlər daha az idi, lakin indiki dövrdə bir otel otağını hamam otağı və gigiyenik məhsullar olmadan təsəvvür etmək çətin olardı.

Bu yenilik isə 20-ci əsrin ikinci yarısından etibarən otellər tərəfindən icra olunmağa başladı. Otel və qonaqpərvərlik sahəsi inkişaf etməyə başladığı gündən indiyənə qədər otellər daim qonaqların rahatlığı və xidmət səviyyəsinin yaxşılaşdırılması üzərində çalışır.

 Qonaqpərvərlik sahəsində yenilik edən otellər arasında “The Goring Hotel London” və “Four Seasons London at Park Lane” otellərini qeyd etmək lazımdır.

The Goring Hotel London – otel otaqlarında hamam otağı istifadəyə verilmişdir.

“The Goring” otelinin dünyanın ən yaxşı və məşhur otellərindən biri olması ilə yanaşı, 1910-cu ildən etibarən qonaqlarını təəccübləndirməyi bacarmışdır. Təmirdən sonra hər nömrələrdə fərdi hamam otağı quraşdırılmışdı.  Bu yenilik qonaqların artıq ümumi hamam otağı üçün növbə gözləməməsi demək idi.

Four Seasons London at Park Lane – hər bir otaqlar gigiyena üçün zəruri ləvazimatlar ilə təmin edilmişdir.

60 ildən sonra “Four Seasons Park Lane London” otelinin hamam otaqlarında qonaqlar üçün nəzərdə tutulan gigiyenik məhsullar rəflərdə görünməyə başladı. Bu məhsullar şampun, sabun, diş məcunundan ibarət idi. Sadə görünsə də bu yanaşmanı daha öncə heç bir otel etməmişdir.

Gigiyenik məhsulların hamam otaqlarında istifadəsi qonaqların rifahı və sağlamlığı üçün vacib meyarlardan biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir