1.Komfort(rahatlıq) səviyyəsi
2.Nömrə fondunun tutumu(yerlərin sayı)
3.Mehmanxanaların funksional təyinatı
4.Mehmanxanaların yerləşdiyi yer
5.Mehmanxananın işləmə müddəti
6.Qonaqların yeməklə təminatı
7.Qonaqların qalma müddəti
8.Qiymətlərin səviyyəsi
Mehmanxanaların təsnifat sistemində əsas yeri komfort tutur.Komfort mehmanxananın göstərdiyi xidmət keyfiyyətlərini özündə cəmləşdirir:mehmanxananın nömrə fondunun vəziyyəti,nömrələrin sahəsi,biryerli (birotaqlı) ,çoxotaqlı, apartament nömrələrin olması,kommunal xidmətlərin rahatlığı,mebel inventarları və s.
Nömrə fondunun tutumu. Mehmanxanaların tutumu nömrələrin və ya yerlərin sayı ilə müəyyən olunur.Bir çox ölkələrdə mehmanxanaları nömrə fondunun tutumuna görə dörd dərəcəyə bölürlər:
1. Kiçik mehmanxanalar(100-150 nömrə)
2. Orta mehmanxanalar(100-400 nömrə)
3. İri mehmanxanalar(400-1000 nömrə)
4. Nəhəng mehmanxanalar(1000 nömrədən çox)
Mehmanxanalar funksional təyinatına görə iki yerə ayrılır:
1. İşgüzar təyinatlı mehmanxanalar;
2. İstirahət təyinatlı mehmanxanalar.
İşgüzar təyinatlı mehmanxanaların əsasını 1908-ci ildə “Buffalo Statler” mehmanxanasının açılışı ilə Ellsvort Statler qoymuşdur.Bu tip mehmanxanalara tələbat olduğundan xidmətlər bazarında bu konsepsiya aparıcıdır.
Mehmanxanaların yerləşdiyi yer. Lüks otellər və orta dərəcəli mehmanxanalar əsasən şəhərin mərkəzində yerləşir.Dəniz kənarında yerləşən mehmanxanlar sahildən 50-300 metr aralıda olmalı, qış və yay istirahəti üçün avadanlıqla təchiz edilməlidir.
Mehmanxanaların işləmə müddəti bütün il boyu və mövsümi olur.
Qonaqların yeməklə təminatı gündə 3 dəfə tam pansion,gündə 2 dəfə yarımpansion və ya ancaq səhər yeməyi olur.
Qonaqların qalma müddətinə görə təsnifatı uzun və qısa müddətli olmaqla iki yerə,bunlar da öz növbəsində bir neçə yerə bölünür.
Mehmanxanalarda nömrələrin qiymət səviyyəsinin təsnifatı:
Büdcə dərəcəli $25-$35
Ekonom dərəcəli $35-$55
Orta dərəcəli $55-$95
Birinci dərəcəli $95-$195
Apartament dərəcəli $65-$125
Lüks dərəcəli $125-$425
Mehmanxanaların təsnifat sisteminin işlənib hazırlanmasını hər bir ölkənin rəsmi dövlət orqanları həyata keçirir və onlara nəzarət edir. Azərbaycan Turizm Bürosu (ATB) və Azərbaycan Hotel Assosiasiyası (AHA) tərəfindən beynəlxalq rəqabət qabiliyyətini artırmaq və qorumaq məqsədilə Milli Ulduz Təsnifatı sistemi hazırlanmışdır.
“Ulduzlar sistemi” adlanan Fransa milli təsnifat sistemi həm də Avropa sistemi adlanır.Bu təsnifat sisteminə görə mehmanxanalar 1-dən 5-dək ulduzlara bölünür.Minimum tələblərə cavab verməyən mehmanxanaya ulduz verilmir.
Alman təsnifat sisteminə görə mehmanxana müəssisələri 5 dərəcəyə bölünür.Bu Avropa sisteminə uyğun olaraq hər dərəcə bir ulduza uyğundur
Turist dərəcə -1 ulduz
Standart dərəcə -2 ulduz
Komfort dərəcə -3 ulduz
Birinci dərəcə -4 ulduz
Lüks dərəcə -5 ulduz
Milli Ulduz Təsnifatı hotel və yerləşdirmə müəssisələrinə özlərini düzgün şəkildə təqdim etməyə və bununla da satış inkişafını stimullaşdırmağa imkan verir. Bütün qonaqlar, əsasən müstəqil hotellər olmaqla, bütün yerləşdirmə müəssisələrində keyfiyyəti təmin edən etibarlı meyarlar tələb edir və hotel seçimi edərkən bu amili nəzərə alır.
Ulduz təsnifatı bir otelin təklif etdiyi məhsul və xidmət səviyyəsini xarakterizə edir ki, bu da rəqəmsal rezervasiya sistemlərində çox önəmlidir. Onlar asanlıqla fərqli sistemlərə inteqrasiya oluna bilər və otaq rezervasiyası zamanı qərar qəbul etmədə aparıcı rol oynaya bilər.
AHA-nın Milli Ulduz təsnifatı ilə hotellər əhəmiyyətli rəqabət üstünlüyü əldə edir və eləcə də qonaqlara Avropa səviyyəsində də tətbiq olunan və müəyyən edilmiş standartları təqdim edir. Eyni zamanda hotellər AHA, Azərbaycan Turizm Bürosu və Avropa Ulduz Təsnifatı Birliyinin marketinq və ictimaiyyətlə əlaqələr fəaliyyətindən də faydalanırlar (Avropa daxilində artıq 17 ölkə vahid standartlardan istifadə edərək təsnif olunur).