Otelçilik sektorunda xidmətlər eyni görünsə də, bu belə deyil. Bəzi otellər qonaqlarına faydalı və maraqlı xidmətlər təklif edərək digərlərindən fərqlənmək istəyir. Bu bloqumuzda biz otellərin qonaqlarına təklif etdiyi qeyri-adi xidmətlər haqqında danışacağıq.
- Liftdə yerləşən və həftənin gününü göstərən xalça. Həftənin gününü göstərdiyi üçün gündəlik dəyişir. Razılaşın, ki faydalı bir xidmətdir, çünki tətildə həftənin günləri içərisində “itmək” çox asandır.
2. Otaq təmizliyi xidmətindən imtina etdikdə pulsuz içki təklifi. Bu xidmət sayəsində həm qonaq məmnundur, həm xadimələr istirahət edir.
3. Əmin ola bilərik ki, yatağına girdikdən sonra işığı söndürməyi unudan insanlar çoxdur. Yatağın yanında yerləşən ip otaqdakı işıqları yandırıb söndürən vasitədir. Kim bu xidmətdən məmnun qalmaz?
4. TV izləmək istəyən və eyni zamanda digər işini də görmək istəyən insanlar üçün güzgülərdə televizorlar quraşdırılıb. Qonaq həm işini görə bilir, həm də TV izləyə bilir.
5. Tualet kağızını otel otağına çatdıran robot xidməti. Qeyri-adi xidmətdir elə deyil?
6. TV pultu otel otağında ən çox çirklənən əşya hesab edilə bilər. Bunu nəzərə alan otel hər qonaqdan sonra otaqdaki pultları çox yaxşı dezinfeksiya edərək birdəfəlik qablaşdırmaya yerləşdirir. Beləliklə yeni gələn qonağa pult yeni kimi gəlir.
7. Hamam otağında tərləməyən güzgülər. Həqiqətən lazımi bir xüsusiyyətdir, elə deyilmi?
8. Bu oteldə qonaqlar üçün hava şəraitini göstərən xüsusi bir güzgü var.
9. Tək səyahət edənlər üçün bu oteldə özlərini yalnız hiss etməmələri üçün “Balıq kirayələyin” xidməti mövcuddur. Heyvansevər qonağın yan keçməyəcəyi bir xidmət 🙂
10. İşə salmaq üçün daxil olmağa ehtiyac duymayan bir duş. Rahatdır!
Qeyri-adi xidmətlərin hansı otellərə məxsus olduğu sizə də maraqlıdır? O zaman bloqlarımızı izləmədə qalın ki, yeni bloq yazılarımızı qaçırmayasınız.