Bu bloq yazımızda biz dünyanın ən bahalı otelləri haqda danışmaq istəyirik. Gecələmə qiymətinin məbləği bir çoxlarının bir ildə qazandığı pula bərabər olan otelləri görməyə hazırsınız mı? Hazırsınızsa, oxumağa davam edə bilərsiniz.
- Hotel President Wilson. Otel Isveçrənin turistik şəhərlərindən biri olan Cenevrə şəhərində yerləşir.
Gecələmə qiyməti: 68.000 $
Dünyanın ən bahalı otel otağı məhz bu oteldədir. Otaqdakı xüsusi xidmətlər:
- Şəxsi lift;
- İdman zalı;
- Fortepiano;
- Panoramik pəncərələrdən ecazkar mənzərə;
2. Raj Palace. Hindistanın Caypur şəhərində yerləşir və şəhərə xoş görüntü qatan binalardan biridir.
Gecələmə qiyməti: 45.000 $
Otel nömrəsində 6 yataq otağı, kinoteatr, kitabxana və aşbazla birlikdə mətbəx heyəti var.
3. Four Seasons, New York. ABŞ-ın əhalisinə görə ən böyük şəhəri hesab edilən Nyu-York şəhərində yerləşir.
Gecələmə qiyməti: 45.000 $
Şəhər mənzərəsi və geniş kitabxanası olan hündür mərtəbəli otel otağı ilə tanınır.
4. Palms Resort, Las Vegas. Otel Las Veqas şəhərində yerləşir.
Gecələmə qiyməti: 40.000 $
Otaq şəxsi lift və Las Veqas mənzərəli spa ilə təchiz edilmişdir. 24 saat xidmət mövcuddur.
5. Laucala Island Resort. Otel Ficinin Laukala adasında yerləşir və qonaqları heyrətamiz mənzərəsi ilə valeh edir.
Gecələmə üçün villanın qiyməti – 40.000 $
Siz artıq dünyanın ən bahalı və valehedici otelləri ilə tanışsınız. Göstərilən otellərdə istirahət etməyi kim istəməz. Elə deyil?