
Otellər üçün rəsmi “7 ulduz” təsnifatı mövcud deyil. Ancaq jurnalistlər, qonaqlar və otel həvəskarları bəzi otellərə xidmətlərinə və özəl xüsusiyyətlərinə görə ”7 ulduz” təsnifatlaşdırılmasını etmişlər. Təbii ki, bu otellər lüks və gözoxşayan xüsusiyyətlərə malikdir.
Signiel Seul – Seul, Cənubi Koreya

Cənubi Koreyanın Seul şəhərində Signiel Seul adlı otel yerləşir. Dünyanın ən yüksək binalarından biri olan Signiel Seul Lotte World Tower-də yerləşir. Ölkənin ən bahalı oteli hesab edilən Signiel Seul, daimi qonaqları üçün vertolyot səfərlərini təklif edir. Bu siyahıda yer alan bəzi digər otellər qədər bahalı olmasa da, ən bahalı otaqlarından birindəki gecə haqqı yenə də 1.000 dollara bərabərdir. Burada qaldıqları müddətdə qonaqlar Asiyanın ən böyük şampan barını və Seul şəhərinin gözəl mənzərələrindən zövq ala biləcəklər.
Burj Al Arab – Dubai, Birləşmiş Ərəb Əmirlikləri

Dünyanın ən hündür otellərindən biridir və “7 ulduzlu otel” ifadəsinin başlamasında rol oynamışdır. Bu otelin təsirli olması, süni bir adada yerləşdiyi üçün xarici görünüşündən başlayır. ‘’Royal Suite’’ Burj Al Arab’dakı ən bahalı ‘’suit’’ olaraq, uşaqlar üçün xidmət, kinoteatr, Rolls Royce ilə səfərlər və operativ check-in imkanlarını təqdim edir.
Taj Falaknuma Palace – Haydarabad, Hindistan

Hindistandakı bu lüks otel, Haydarabad şəhərindən 2000 fut məsafədə yerləşir. Taj Falaknuma Palace, 1884-cü ildə inşa edilmiş möhtəşəm bir oteldir. Mərmər nərdivanları və 24 karatlıq qızıl divar qəlibləri ilə diqqətləri öz üzərinə çəkməyə davam edir. Otel həm də muzeydir.
Emirates Palace – Abu Dabi, Birləşmiş Ərəb Əmirlikləri

Dekorasiyasında qızıl qabıqlı parçalar və Swarovski büllur çilçıraqları olduğu üçün Emirates Palace, hər guşəsində lüks aurasını hiss etdirir . Gecələmə nisbətən əlverişlidir, bir gecə üçün 350 dollar arasındadır, lakin ən bahalısı gecə üçün 11.000 dollara çatır.
Pangu 7 Star Hotel – Pekin, Çin

Morgan Plaza kimi də tanınan Pangu 7 Star Hotel, Çinin Pekin şəhərində 7 ulduzlu bir oteldir. Bu lüks otel, dünyanın ən böyük kitabxanalarından birinə yaxın olduğu üçün səyahətçilər üçün ideal bir məkandır. Bu otelin 7 ulduzlu adına layiq görülməsinin səbəbi, təsirli Sky Courtyard ‘’suit’’-ləri ilə əlaqədardır.
Laucala Island Resort – Fici

Ada 25 xüsusi villaya ev sahibliyi edir, ən bahalısı ada sahibinin gecəsi 55. 000 dollara başa gələn Delana Hilltop əmlakıdır. Ən ucuz bir yataq otağı olan villa, yenə də gecə üçün 4.000 dollardır. Kurortdakı fəaliyyətlər isə sualtı gəzintilərə qədər dəyişir.