Billur MS

İlk restoran harada və necə yaranmışdır

Mesopotamiyada yaranan aşpazlıq sənəti əvvəlcə Çin və Anadolu mətbəxlərinə ayrıldı. Çin mətbəxi Yapon və Uzaq Şərq mətbəxlərini, Mesopotamiya mətbəxi isə bir başa Anadolu və Fransız mətbəxlərinə təsir göstərdi. Sivilizasiyanın inkişafı və sərhədlərin müəyyənləşdirilməsi ilə hər cəmiyyət öz yemək və mətbəx özəlliklərini inkişaf etdirməyə başladı.

Paris restoranların mərkəzidir

Yeməklə bağlı bu qədər geniş mədəniyyətin olmasına baxmayaraq, restoran anlayışı 1700-cü illərə qədər ortaya çıxmamışdır. İlk müasir restoran Boulanger tərəfindən Parisdə yaradılmışdır (1765-1766). İlk restoranın yaradılması  ilə müştərilərə seçim etmək şansı təklif edən müəssisə anlayışı ortaya çıxdı. O dövrdə sanki ‘restoran’ anlayışı xəstə və ya yorğun bir insana gücünü bərpa etməsi üçün hazırlanan yeməklərdən ibarət olan müəssisə demək idi. Afişa şəklində divarda asılan ‘restoran’ sözü, müştərilərə yemək təklif edilən müəssisə olaraq ədəbiyyata keçmişdir.

Boulanger qısa müddətdə yemək növlərini artırdı, menyularını zənginləşdirdi və böyük uğurlara imza atdı. Bu uğurlar tez bir zamanda yeni restoranların açılmasına gətirib çıxartdı; 1804-cü ildə Parisdəki restoranların sayı 500-ü keçdi.

Adı ilə məşhur olan ilk restoran isə 1782-ci ildə Parisdə Grand Toveme de Loundres adı ilə açıldı. Bu restoranda yemək adları sadalanır və müəyyən vaxtlarda tək masalarda təqdim edilirdi.  

Fransada adı ilə tanınan və restoran biznesinə əhəmiyyətli dərəcədə töhfə verən bir başqa ad isə Ferdinand Pointdir. 1900-cü illərin əvvəllərində müasir menyunun (Nouvelle Cuisine) memarı sayılan Point uzun illərdir “La Piramida” kimi tanınan restoranı təsis etmişdir və müxtəlif aşpazların təcrübə yeri və əfsanəsinə çevrilməsində böyük rol oynamışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir