Düşünmək olar ki, dəsmallardan düzəldilmiş qu quşu və gül ləçəkləri ilə bəzədilmiş otaqdan, qeyri-adi yeməklərin maraqlı formada servisindən başqa qonaqları artıq heç nə ilə təəccübləndirmək mümkün deyil. Ancaq otel qonaqlarının qeyri-adi xüsusi istəklərini nəzərə alan otellər bunu etməyi bacarmışlar. Bu bloq yazımızda otel qonaqlarının xüsusi istəklərindən və onları həyata keçirən otellər haqda danışacayıq.
- Bir cütlük hər qaldıqları oteldə xüsusi istəklər bölməsinə onları otaqda ‘’Salam!’’ yazısı ilə at şəklinin qarşılamasını istəyirlər. Və bu günə qədər yalnız bir otel onların istəyini yerinə yetirib.
2. Otel nömrəsinə steqozavr ( ‘’stegosaurus’’ ) sifariş edən qonaq belə olub. Qonaq istədi, otel isə istəyi sevərək yerinə yetirdi.
3. Bir qonaq isə dinozavrın şəkilinin çəkilməsini istəyib. Görünür az yaşlı bir qonağın (ümid edirik ki, bir yetişkin deyildir) istəyidir.
4. Göründüyü kimi Nikolas Keycin pərəstişkarından otel administratoruna müraciətdir: ‘’Hava Həbsxanasından Nikolas Keycin çərçivəli şəklini hazırlaya bilərsiniz mi? Saat 18:00-a qədər yatağımın üzərinə qoyun”. Cavab: “Bu işdə Sizə məmnuniyyətlə kömək edəcəyik.- Ramon”.
5. Qonaqlardan birinin gülməli bir xahişi: “Zəhmət olmasa yatağımın üstünə gəmi kapitanı kimi geyinmiş bir köpəyin şəklini qoyun, təşəkkür edirəm!”
6. Qeyri-adi istəklər arasında növbəti istək isə ‘’Mümkünsə, portretimi çəkin və yatağımın üzərinə yerləşdirin’’.
Gördüyünüz kimi otellərdə bu cür hallar yaşanır. Buna görə də qeyri-adi xidmətlər istəməkdən çəkinməyin, bu otelin xidmət keyfiyyətinin yoxlanılmasının ən qeyri-standart metodlarından biridir və yalnız yaxşı əhval-ruhiyyə üçün səbəbdir!